- Offside
- 21:47 22.10.2024
Avropa Voleybol Konfederasiyası tərəfindən Azərbaycan Voleybol Federasiyasının Regional Voleybol İnkişaf Mərkəzinin rəhbəri Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.
Corner.az xəbər verir ki, həmyerlimiz qadınlar arasında keçirilən Çempionlar Liqasının 3-cü mərhələsinin “Olimpiakos” (Yunanıstan) – “ZOK UB” (Serbiya) komandalarının ikinci qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
Noyabrın 4-də Yunanıstanın paytaxtı Afina şəhərində təşkil olunacaq matçın hakimləri almaniyalı Vitter Sabine və israilli Qoren Roydur.
Qeyd edək ki, “Olimpiakos” – “ZOK UB” komandalarının ilk qarşılaşmasında serblər 3:2 hesabı ilə qalib gəliblər.