26 noyabr 2024. Çərşənbə axşamı

Milli Paralimpiya Komitəsində yeni komissiya yaradılıb


  • Offside
  • 17:14 06.11.2021
  • Oxunma sayı: 377
Milli Paralimpiya Komitəsində yeni komissiya yaradılıb

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə komitəsinin iclası keçirilib.

AMPK-dan "Corner.az"a verilən məlumata görə, toplantıda Qarabağ qaziləri ilə iş və idman seleksiyası üzrə komissiyanın yaradılması haqqında qərar qəbul edilib.

Qərardan irəli gələrək, komissiyanın sədri və üzvləri təyin olunub, iş planı təsdiqlənib. Bununla bağlı Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, qurumun fəxri vitse-prezidenti Afiq Süleymanov komissiyanın sədri, idman şöbəsinin müdiri Rauf Mürsəlov, Əlil Sahibkar Təşkilatı İB-nin sədri Mirzə Məmməd Vəliyev, güllə atıcılığı idman növünün para-trap üzrə baş məşqçisi Əfqan Əhmədov və idman şöbəsinin aparıcı mütəxəssisi Saday Abdullayev komissiyanın üzvü seçiliblər.







Offside