- Offside
- 22:42 25.11.2024
Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, 90 kq çəki dərəcəsində çıxış edən idmançı həlledici qarşılaşmada Kosuke Maşiyama (Yaponiya) ilə qarşılaşıb.
Rəqibinə qızıl xal bölümündə cərimə xalları hesabına məğlub olan Mehdiyev gümüş medalla kifayətlənib.
Qeyd edək ki, indiyədək Orxan Səfərov (66 kq) qızıl, İçinxorlu Muntsxedev (57 kq) gümüş, Rövşən Əliyev (60 kq), Hidayət Heydərov (73 kq) və Elcan Hacıyev (81 kq) bürünc medal qazanıblar.