- Offside
- 22:42 25.11.2024
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb.
Corner.az-ın məlumatına görə, yarışın son günündə Azərbaycan sərbəst güləşçisi Osman Nurməhəmmədov qızıl medal əldə edib.
92 kq çəki dərəcəsində yer alan Nurməhəmmədov mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, ardıcıl olaraq, moldovalı Andrian Qrosulu 8:0, almaniyalı Yohannes Mayeri 7:0, yarımfinalda isə iranlı Əmirhüseyn Firuzpurbandpeyi 10:7 hesabı ilə yendikdən sonra finala çıxıb.
Həlledici görüşdə Rusiya təmsilçisi Azamat Zakuyevə 4:2 hesabı ilə qalib gələn Nurməhəmmədov mundialda Azərbaycanın 3-cü qızıl medalını qazandırıb.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən isə Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadə (55 kq) və Ülvü Qənizadə (72 kq) bürünc medala yiyələnib