26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan dünya üçüncüsü oldu


  • Offside
  • 01:53 08.11.2021
  • Oxunma sayı: 1288
Azərbaycan dünya üçüncüsü oldu
Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı başa çatıb. Corner.az xəbər verir ki, 2017-ci ildən keçirilən bu yarışda Azərbaycan güləşi rekord nəticəyə imza atıb.
 
Belə ki, bundan öncəki 3 DÇ-də (2017, 2018, 2019) cəmi 2 qızıl medal əldə olunmuşdusa, bu dəfə bir yarışda 3 güləşçimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Belqradda 3 qızıl və 3 bürünc qazanan Azərbaycan medalların əyarına görə dünya üçüncüsü olub. Ölkəmiz yalnız Rusiya və Ukraynadan geri qalıb.
 
Xatırladaq ki, yunan-Roma güləşində Həsrət Cəfərov (67 kq) qızıl, Nihad Quluzadəylə (55 kq) Ülvü Qənizadə (72 kq) bürünc, sərbəst güləşdə isə Əliabbas Rzazadəylə (57 kq) Osman Nurməhəmmədov (92 kq) qızıl, Zirəddin Bayramov (65 kq) bürünc medalı boynundan asıb.






Offside