23 oktyabr 2024. Çərşənbə

Araz vahid lider oldu


  • Offside
  • 20:30 09.11.2021
  • Oxunma sayı: 144
Araz vahid lider oldu

Bu gün futzal üzrə Yüksək Liqada 5-ci turdan təxirə salınmış bir oyun keçirilib.

Corner.az xəbər verir ki, turnir cədvəlinin ilk iki pilləsində yer alan EKOL və “Araz” (Naxçıvan) komandaları üz-üzə gəlib.

Dövlət Bayrağı Günü ilə əlaqədar futzalçılar meydana Azərbaycan Respublikasının bayraqları ilə daxil olublar. Oyundan əvvəl dövlət himni səsləndirilib.

Oyuna gəldikdə, görüşdə hesab erkən açılıb. 1-ci dəqiqənin tamam olmasına 9 saniyə qalmış Felipinyo rəqibi meydanın mərkəzinə dəvət edib. Aqressiv oyun tərzini davam etdirən çempion 3-cü dəqiqədə növbəti qoluna imza atıb. Manekanın ötürməsini yenə Felipinyo tamamlayıb. 17-ci dəqiqədə EKOL meydanda azlıqda qalıb. Namiq Məmmədkərimov ikinci sarı-qırmızı vərəqə aldığına görə meydanı erkən tərk etməli olub. Üstünlüyünü ikinci hissədə də davam etdirən “Araz” qələbə qazanaraq vahid liderliyi ələ keçirib.

Yüksək Liqa, 5-ci turun oyunu

9 noyabr

EKOL – Araz 1:4
Qol
: Fərid Atakişiyev, 21:20- Felipinyo, 0:51; 2:24. İsa Atayev, 12:07. Ramiz Çovdarov, 32:42.
Bakı İdman Sarayı. Saat 14:00.

Xal durumu: Araz – 18, EKOL – 15, Record – 9, Baku Fire – 9, Neftçi İK – 7, Xilə – 6, U-19 – 4, Alyans – 3.







Offside