23 oktyabr 2024. Çərşənbə

22 yaşlı xokkeyçi aldığı zədədən dünyasını dəyişib


  • Offside
  • 17:29 10.11.2021
  • Oxunma sayı: 132
22 yaşlı xokkeyçi aldığı zədədən dünyasını dəyişib

Rusiyanın "Lipetsk" klubunun sabiq xokkeyçisi Andrey Boltov 22 yaşında dünyasını dəyişib.

Corner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, gənc oyunçunun ölümünə matç zamanı onurğasından aldığı zədə səbəb olub.

Xokkeyçi bir neçə ay xəstəxanada müalicə alsa da, onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Andrey Boltov 2018-ci ildən "Lipetsk"in formasını geyinib.







Offside