23 oktyabr 2024. Çərşənbə

Fərid Ağayev Avropa çempionu oldu


  • Offside
  • 20:30 10.11.2021
  • Oxunma sayı: 158
Fərid Ağayev Avropa çempionu oldu

Gənclərdən ibarət Azərbaycan milli komandasının üzvü Fərid Ağayev (-75 kq) Almaniyanın Halle şəhərində Vado-Kai karate üzrə 48-ci Avropa çempionatında qızıl medala sahib olub.

Corner.az xəbər verir ki, həmin yaş qrupunda digər idmançımız Abbas Dadaşov (+78 kq) isə ilk döyüşündə almaniyalı rəqibinə 5:0 hesabı ilə qalib gəlsə də, çiynindən zədələndiyindən (çıxıq) mübarizəni yarımçıq dayandırmalı olub.

Karateçilərimiz bu mötəbər yarışda Azərbaycan Vado-Ryu Karate-Do Federasiyasının Prezidenti Vilayət Əmirovun rəhbərliyi altında çıxış ediblər. Əməkdar məşqçi, Avropa Vado-Kai Karate Federasiyasının Azərbaycandakı rəsmi nümayəndəsi Gündüz Mahmudov və milli dərəcəli hakim Vidadi Mahmudov da heyətdə yer alıb.







Offside