26 noyabr 2024. Çərşənbə axşamı

Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib


  • Offside
  • 12:22 11.11.2021
  • Oxunma sayı: 138
Fransalı idmançı astma dərmanlarına görə diskvalifikasiya edilib

Fransa millisinin atleti Teddi Atin-Venel 5 ay müddətinə diskvalifikasiya edilib.

Corner.az-ın məlumatına görə, buna səbəb 36 yaşlı sprinterin astma əleyhinə salbutamol dərmanından yararlanması olub.

Antidopinq qaydalarına əsasən, idmançılar bu dərmandan kiçik dozalarda istifadə edə bilərlər. Lakin Atin-Venelin analizlərində salbutamolun miqdarı daha yüksək aşkarlanıb.

Atlet dərmandan icazə verilən dozalarda istifadə etdiyini və təqsirsiz olduğunu söyləyib.

Qeyd edək ki, bu, Teddi Atin-Venelin 2017-ci il nümunəsində aşkarlandığı üçün Fransa yığmasının 2017-ci ildə Britaniyanın paytaxtı Londondakı dünya çempionatında 4x400 metr məsafəyə estafet qaçışının nəticələri ləğv olunub. Komanda həmin vaxt 8-ci yeri tutub.







Offside