- Offside
- 22:42 25.11.2024
Bu gün Özbəkistanın paytaxtı Daşkənddə sambo üzrə dünya çempionatı start götürəcək.
Corner.az-ın məlumatına görə, artıq bütün çəki dərəcələri üzrə püşkatma mərasimi keçirilib.
Püşkün nəticəsinə əsasən, yarışda iştirak edəcək Azərbaycan samboçularının da ilk rəqibləri bəlli olub.
58 kq
1/8 final: Eyvaz Baxşıyev - Azat Amanbekov (Qırğızıstan)
64 kq
1/8 final: Mirfəttah Seyidəliyev - Erdenemiqmar Bekje (Monqolustan)
71 kq
1/8 final: Kamran Əsgərov - Yevgeni Sayapin (Belarus) / Kakageldi Yengebayev cütünün qalibi
79 kq
1/8 final: Abdulla Abdullayev - Uali Kurjyev (Rusiya)
88 kq
1/8 final: Ceyhun Hüseynov - Sadu Abubakar (Niger) / Tsimafey Yemelyanov (Belarus)
İlk yarış günündə Baxşıyevlə Seyidəliyev qüvvəsini sınayacaq. Digər 3 samboçu isə noyabrın 13-də mübarizəyə qoşulacaq.
Qeyd edək ki, ümumi mükafat fondu 231 000 ABŞ dolları olan dünya çempionatı noyabrın 14-dək davam edəcək. Qaliblər 4 000 ABŞ dolları, 2-ci yeri tutanlar 3 000 dollar, 3-cü yerin sahibləri isə 2 000 dollar qazanacaq. Yarışda 50 ölkə mübarizə aparır.