26 noyabr 2024. Çərşənbə axşamı

AÇ: Azərbaycanın şahmat yığması Almaniyaya qalib gəldi


  • Offside
  • 00:33 16.11.2021
  • Oxunma sayı: 152
AÇ: Azərbaycanın şahmat yığması Almaniyaya qalib gəldi

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında IV turun görüşləri keçirilib.

Corner.az-ın məlumatına görə, ilk 3 turu qələbə ilə başa vuran kişilərdən ibarət Azərbaycan millisi bu dəfə Macarıstanla qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb.

Yığmanın liderləri - Şəhriyar Məmmədyarovla Teymur Rəcəbovun heç-heçə etdiyi turda Rauf Məmmədov qələbə qazanıb, Qədir Hüseynov isə məğlub olub. Bu, kişi şahmatçıların yarışdakı ilk heç-heçəsi olub.

Qadınlardan ibarət komanda isə Almaniya ilə üz-üzə gəlib. Görüşdə Azərbaycan yığması inamlı qələbə qazanıb - 3:1. Gülnar Məmmədova və Gövhər Beydullayeva rəqiblərini məğlub ediblər. Günay Məmmədzadə ilə Xanım Balacayeva isə heç-heçəyə razılaşıblar.

Avropa çempionatı, IV tur

Kişilər

Macarıstan - Azərbaycan - 2:2

Viktor Erdyoş - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Ferents Berkeş - Teymur Rəcəbov - 0,5:0,5

Tamaş Banus - Rauf Məmmədov - 0:1

Benyamin Qledura - Qədir Hüseynov - 1:0

Qadınlar

Almaniya - Azərbaycan - 1:3

Elizabet Paets - Günay Məmmədzadə - 0,5:0,5

Josefin Heynemann - Gülnar Məmmədova - 0:1

Anna-Mari Klek - Xanım Balacayeva - 0,5:0,5

Melani Lübbe - Gövhər Beydullayeva - 0:1

Qeyd edək ki, ilk üç turda kişilər İtaliya, Serbiya və Almaniyadan üstün olublar. Qadınlar isə Türkiyə və İsveçi məğlub etsələr də, Gürcüstana uduzublar.







Offside