26 noyabr 2024. Çərşənbə axşamı

Avropa çempionatı: Azərbaycanın şahmat komandanlarından heç-heçə


  • Offside
  • 23:16 16.11.2021
  • Oxunma sayı: 131
Avropa çempionatı: Azərbaycanın şahmat komandanlarından heç-heçə

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında V turun görüşləri keçirilib.

Corner.az-ın məlumatına görə, ilk 4 turu 3 qələbə və 1 heç-heçə ilə başa vuran kişilərdən ibarət Azərbaycan komandası Rusiya ilə üz-üzə gəlib. Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Qadın yığması isə Ukrayna ilə qarşılaşıb. Bu görüşdə də eyni hesabla yekunlaşıb.

Avropa çempionatı, V tur

Kişilər

Azərbaycan - Rusiya - 2:2

Şəhriyar Məmmədyarov - Aleksandr Qrişuk - 0,5:0,5

Teymur Rəcəbov - Daniil Dubov - 0,5:0,5

Rauf Məmmədov - Kirill Alekseyenko - 0,5:0,5

Qədir Hüseynov - Andrey Yesipenko - 0,5:0,5

Qadınlar

Azərbaycan - Ukrayna - 2:2

Günay Məmmədzadə - Anna Uşenina - 1:0

Gülnar Məmmədova - Yuliya Osmak - 0:1

Xanım Balacayeva - Nataliya Buksa - 1:0

Gövhər Beydullayeva - Nataliya Jukova - 0:1







Offside