23 oktyabr 2024. Çərşənbə

Tanzaniya yığmasına ordu basqını!


  • Offside
  • 12:57 17.11.2021
  • Oxunma sayı: 144
Tanzaniya yığmasına ordu basqını!

Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının oyunçularının olduğu otelə basqın edib.

Corner.az-ın məlumatına görə, buna səbəb qonaq komandanın heyətində koronavirusa yoluxan oyunçuların olması göstərilib. Həmin futbolçular Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyet olduğu iddia edilir.

Məsələ ilə bağlı açıqlama verən Tanzaniya Futbol Federasiyası əsgərlərin oyunçuların qapısı önündə durduqlarını bildirib.

Qeyd edək ki, hadisə iki ölkə yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə oyunundan sonra baş verib.







Offside