23 oktyabr 2024. Çərşənbə

Niderlandlı futbolçu yenidən həbs oluna bilər


  • Offside
  • 18:41 18.11.2021
  • Oxunma sayı: 174
Niderlandlı futbolçu yenidən həbs oluna bilər

Rusiyanın "Spartak" klubunun futbolçusu Kvinsi Promes adam öldürməyə cəhddə və bıçaqlanmada ittiham olunub.

Corner.az xəbər verir ki, "Telegraaf" nəşri 29 yaşlı oyunçuya qarşı müvafiq ittihamlar irəli sürüldüyünü yazıb.

Ötən il iyulun sonunda ailəvi şənlik zamanı niderlandlı oyunçunun əmisi oğlu mübahisədən sonra bıçaqlanıb və nəticədə dizindən xəsarət alıb. Hüquq-mühafizə orqanları dekabrda Promesin həbsinə səbəb olan istintaqa başlayıb.

Onun 4 il müddətinə həbs edilə biləcəyi vurğulanıb. Futbolçu mühakimə olunsa, Moskva təmsilçisi müqaviləyə xitam verəcək və  "Ayaks" klubuna ödəniş etməyəcək.

Qeyd edək ki, razılaşmaya əsasən, "Spartak" fevralda Amsterdam təmsilçisindən aldığı oyunçu üçün ödənişləri altı aydan bir edir.







Offside