23 oktyabr 2024. Çərşənbə

Ukrayna klubu azərbaycanlı futbolçusunu itirdi


  • Offside
  • 19:14 18.11.2021
  • Oxunma sayı: 138
Ukrayna klubu azərbaycanlı futbolçusunu itirdi

Norveçə qarşı Avropa çempionatının seçmə oyununda zədələnmiş Azərbaycan milisinin futbolçusu Emil Mustafayevin durumuna aydınlıq gəlib.

Corner.az xəbər verir ki, yığmanın baş məşqçisi Milan Obradoviçin verdiyi məlumata görə, ayağından xəsarət alan 20 yaşlı yarımmüdafiəçi ən azı 10 gün yaşıl meydanlardan kənarda qalacaq.

Serbiyalı mütəxəssis bildirib ki, yalnız bundan sonra futbolçunun zədəsinin ciddi olub-olmadığı dəqiqləşəcək.

Qeyd edək ki, Emil Mustafayev Norveçə 1:2 hesabı ilə uduzduqları matçın 87-ci dəqiqəsində zədələnib. Ukraynanın "Aleksandriya" komandasında çıxış edən oyunçu həmin vaxt Abdulla Rzayevlə əvəzlənib.(report)







Offside