23 oktyabr 2024. Çərşənbə

Malyorka'nın sabiq futbolçusu silah və narkotik saxladığı üçün həbs edildi


  • Offside
  • 20:00 18.11.2021
  • Oxunma sayı: 137
Malyorka'nın sabiq futbolçusu silah və narkotik saxladığı üçün həbs edildi

Perunun gənclərdən ibarət millisinin sabiq futbolçusu Brayan Reyna həbs edilib.

Corner.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi qanunsuz silah və narkotik saxlamaqda ittiham olunur.

Sözügedən əşyalar gənc futbolçunum avtomobilində axtarış aparılarkən tapılıb.

Qeyd edək ki, bu ilin yanvarınadək İspaniyanın "Malyorka" klubunda çıxış etmiş Brayan Reyna daha sonra ölkəsinin "Akademiya Deportivo" klubuna keçib. O, 2 il öncə intizamsızlığına görə yığmadan kənarlaşdırılıb.







Offside