23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın karate komandası DÇ-na qələbə ilə başladı


  • Offside
  • 20:24 18.11.2021
  • Oxunma sayı: 147
Azərbaycanın karate komandası DÇ-na qələbə ilə başladı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında kata və kumite yarışlarına start verilib.

Corner.az-ın məlumatına görə, fərdi proqramda çıxış edən Roman Heydərov final mərhələsinə yüksələ bilməyib.

Kumite üzrə komanda çıxışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət Azərbaycan yığması ilk görüşündə Xorvatiyadan güclü olub. Komanda ikinci raundda Hindistanla üz-üzə gələcək. Qadınlardan ibarət kollektiv isə startda İtaliyaya 1:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, bunadək Azərbaycan karateçilərindən İrina Zaretska (68 kq) finala, Asiman Qurbanlı (+84 kq) bürünc medal görüşünə vəsiqə qazanıb.







Offside