23 oktyabr 2024. Çərşənbə

Argentinada polis futbolçunu güllələyərək öldürdü


  • Offside
  • 13:12 19.11.2021
  • Oxunma sayı: 125
Argentinada polis futbolçunu güllələyərək öldürdü

Argentinanın "Barrakas Sentral" klubunun futbolçusu Lukas Qonsales dünyasını dəyişib.

Corner.az "Marca"ya istinadən xəbər verir ki, polis 17 yaşlı oyunçunu güllələyərək öldürüb.

İnsident paytaxt Buenos-Ayresdə baş verib. Qonsales 3 dostu ilə birlikdə avtomobildə olarkən polis maşınına atəş açıb. Daha sonra avtomobil yol ayrıcında onu saxlamaq istəyən polis maşınına çırpılıb.

"Barrakas Sentral" klubu məsələ ilə bağlı ədalətli araşdırma tələb edib. Klub 3 günlük matəm elan edib və bu müddətdə idman tədbiri keçirməyəcəyini açıqlayıb.







Offside