26 noyabr 2024. Çərşənbə axşamı

AÇ: Azərbaycan millisindən Niderland üzərində qələbə, Rusiyaya uduzdu


  • Offside
  • 23:24 19.11.2021
  • Oxunma sayı: 142
AÇ: Azərbaycan millisindən Niderland üzərində qələbə, Rusiyaya uduzdu

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempionatında VII turun görüşləri keçirilib.

Corner.az-ın məlumatına görə, Azərbaycanın kişi və qadınlardan ibarət komandaları fərqli nəticələr göstəriblər.

Kişilərdən ibarət komanda Niderland üzərində qələbə qazanıb - 2:2. Şəhiyar Məmmədyarov, Teymur Rəcəbov və Qədir Hüseynov görüşlərini heç-heçə ilə bitirdikləri halda, Nicat Abbasov rəqibini məğlub edib

Qadın millisi isə Rusiyaya uduzub - 1:3. Komanda üzvlərindən Günay Məmmədzadə və Xanım Balacayeva heç-heçə edibsə, Ülviyyə Fətəliyeva və Gövhər Beydullayeva məğlubiyyətlə üzləşiblər.

Avropa çempionatı, VII tur

19 noyabr

Kişilər

Niderland - Azərbaycan 1,5:2,5

Aniş Giri - Şəhriyar Məmmədyarov 0,5:0,5

Yorden van Forest - Teymur Rəcəbov 0,5:0,5

Maks Varmerdam - Qədir Hüseynov - 0,5:0,5

Erik van den Dul - Nicat Abbasov - 0:1

Rəcəbov və Abbasov ağ, Məmmədyarovla Hüseynov qara fiqurlarla oynayıb.

Qadınlar

Azərbaycan - Rusiya - 1:3

Günay Məmmədzadə - Aleksandra Qoryaçkina - 0,5:0,5

Xanım Balacayeva - Katerina Laqno - 0,5:0,5

Ülviyyə Fətəliyeva - Valentina Qunina - 0:1

Gövhər Beydullayeva - Polina Şuvalova - 0:1

Məmmədzadə və Fətəliyeva ağ, Balacayeva ilə Beydullayeva qara fiqurlarla mübarizə aparıb.







Offside