- Offside
- 23:27 10.07.2026
Azərbaycanın qadın karateçisi İrina Zaretska Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında final görüşünü keçirib.
Corner.az-ın məlumatına görə, 68 kq çəki dərəcəsində çıxış edən idmançımız italiyalı Silvia Semeraro üz-üzə gəlib.
Qarşılaşmadan qələbə ilə ayrılan Zaretska karyerasında 2-ci dəfə dünya çempionu adını qazanıb.