- Offside
- 22:42 25.11.2024
Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan milliləri bu gün VIII turun görüşlərini keçiriblər.
Corner.az-ın məlumatına görə, kişilərdən ibarət komanda Ukrayna yığması ilə üz-üzə gəlib. Oyun heç-heçə ilə başa çatıb - 2:2. Heyət üzvlərinin hamısı - Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov və Nicat Abbasov rəqibləri ilə "sülh" imzalayıblar.
Qadınlardan ibarət kollektiv isə Macarıstanla qarşılaşıb. Bu oyunda da qalib müəyyənləşməyib. Heyət üzvlərindən Gövhər Beydullayeva görüşünü qələbə ilə bitirsə də, Xanım Balacayev məğlubiyyətlə ayrılıb. İlk 2 lövhədəki Günay Məmmədzadə və Gülnar Məmmədova isə heç-heçə ilə kifayətləniblər.
Bu nəticədən sonra Azərbaycan 10 xalla 4-cü pillədə qərarlaşıb. Polşa, Ukrayna, Fransa, Niderland, Macarıstan və Yunanıstan da eyni xala malikdir. Bu komandaların hamısı son tur öncəsi qızıl və gümüş medal şanslarını itiriblər. Onlar həlledici turda yalnız bürünc medal uğrunda mübarizə aparacaqlar.
Avropa çempionatı, VIII tur
20 noyabr
Kişilər
Azərbaycan - Ukrayna - 2:2
Teymur Rəcəbov - Anton Korobov - 0,5:0,5
Rauf Məmmədov - Andrey Volokitin - 0,5:0,5
Qədir Hüseynov - Yuri Kuzubov - 0,5:0,5
Nicat Abbasov - Kirill Şevçenko - 0,5:0,5
Qadınlar
Macarıstan - Azərbaycan - 2:2
Sidoniya Lazarne - Günay Məmmədzadə - 0,5:0,5
Titsiya Qara - Gülnar Məmmədova - 0,5:0,5
Joka Qaal - Xanım Balacayeva - 1:0
Barbara Mihok-Yuhas - Gövhər Beydullayeva - 0:1