- Offside
- 22:42 25.11.2024
Azərbaycanın kumite üzrə komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən dünya çempionatında bürünc medal görüşünə çıxıb.
Corner.az-ın məlumatına görə, Rafael Ağayev, Turqut Həsənov, Rafiz Həsənov və Tural Ələkbərlidən ibarət kollektiv Özbəkistanla qarşılaşıb.
Rəqibini 3:2 hesabı ilə məğlub edən yığma fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Qeyd edək ki, dünya çempionatında daha əvvəl İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb.