1 fevral 2026. Bazar günü

Tennisçilər saxta vaksin sənədinə görə cəzalanacaqlar


  • Offside
  • 00:31 23.11.2021
  • Oxunma sayı: 203
Tennisçilər saxta vaksin sənədinə görə cəzalanacaqlar

Peşəkar Tennisçilər Assosiasiyası (ATP) saxta COVID-19 sənədi təqdim edən idmançıları cəzalandıracaq.

Corner.az "L Equipe" nəşrinə istinadən xəbər verir ki, oyunçular vaksin məlumatlarının saxtalaşdırılmasına görə 100 min dollar cərimə ediləcək və ya qurumun bayrağı altında keçirilən yarışlardan 3 ilədək kənarlaşdırılacaqlar.

Bunun yalnız peyvəndin məcburi olduğu ölkələrdəki yarışlara aid olduğu bildirilib.

Qeyd edək ki, daha əvvəl "Australian Open" turnirinin direktoru Kreyq Tayli "Nine Network" telekanalına müsahibəsində yarışda iştirak etmək istəyən tennisçilərdən peyvənd sənədi tələb olunacağını söyləyib. Turnir 2022-ci il yanvarın 17-dən 30-dək Melburnda keçiriləcək.







Offside