22 mart 2026. Bazar günü

Yuventus'un keçmiş futbolçusu həbs olundu


  • Offside
  • 12:06 24.11.2021
  • Oxunma sayı: 173
Yuventus'un keçmiş futbolçusu həbs olundu

"Yuventus" klubunun keçmiş futbolçusu Fabritsio Mikkoli həyatının bir neçə ilini həbsxanada keçirməli olacaq.

Corner.az-ın məlumatına görə, İtaliya Ali Məhkəməsinin ikinci bölməsi 42 yaşlı sabiq hücumçuya 3,5 illik həbs cəzası kəsib.

Mikkoli 7 ilədək azadlıqdan məhrum edilmiş Mauro Lauriçellenin tətbiq etdiyi mafioz üsulları ilə zorakılıqda günahlandırılıb. Baş prokuror Fulvio Baldi onun apellyasiyasiyanın rədd olunmasını istəyib və bu, qəbul olunub. Mikkolinin həbs cəzasına heç bir alternativ nəzərdə tutulmayıb.

Qeyd edək ki, zorakılıq hadisəsi 10 il əvvəl baş verib. İtaliyanın disko klublarından birinin sahibi Fabritsio Mikkoliyə 12 000 avro borclu olub. Mikkoli pulunu geri ala bilmədiyindən, kriminal strukturlara müraciət edib.

Mikkoli 2002 - 2004-cü illərdə "Yuventus"da çıxış edərkən İtaliya yığmasına dəvət alıb. 







Offside