1 fevral 2026. Bazar günü

AFFA rəsmisi Zenit - Çelsi oyununa təyinat alıb


  • Offside
  • 10:28 29.11.2021
  • Oxunma sayı: 155
AFFA rəsmisi Zenit - Çelsi oyununa təyinat alıb

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov növbəti dəfə təyinat alıb.

Corner.az xəbər verir ki, o, Çempionlar Liqasının qrup mərhələsində Rusiyanın “Zenit” və İngiltərənin "Çelsi" komandaları arasında VI tur oyununda UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, qarşılaşma dekabrın 8-ə Sankt-Peterburq şəhərindəki “Gazprom Arena”da keçiriləcək.







Offside