- Offside
- 22:42 25.11.2024
Portuqaliyanın "Belenenseş" klubunun 13 futbolçusu koronavirusun yeni növ “Omikron” ştamına yoluxub.
Corner.az ölkənin Milli Sağlamlıq İnstitutuna istinadən xəbər verir ki, oyunçuların testlərinin nəticəsi müsbət çıxıb. Bu, Portuqaliyada yeni ştamla ilk yoluxma hadisəsidir.
“Omikron” Cənubi Afrikada meydana çıxıb. Hələlik yeni virus haqqında çox şey məlum deyil.
Qeyd edək kİ, "Belenenseş" klubu koronavirusa kütləvi yoluxma səbəbindən evdə "Benfika"ya qarşı matça cəmi 9 futbolçu ilə çıxıb. Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər. Yalnız baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. Amma 46-cı dəqiqədə futbolçulardan biri yerə uzanaraq, zədələndiyini bildirib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.
"Belenenseş"in baş məşqçisi və onun köməkçiləri, həmçinin klubun 2 əməkdaşı da koronavirusa yoluxub.