- Offside
- 22:42 25.11.2024
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Corner.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Xallarını 2 765-ə çatdıran Şəhriyar Məmmədyarov 2 pilləlik irəliləyişlə 9-cu sıraya yüksəlib. 2 753 xalı olan Teymur Rəcəbov isə ötən ayla müqayisədə 1 pillə də geriləyərək, 14-ci sırada qərarlaşıb.
Rauf Məmmədov (2 656) 61-ci yerdən 86-cı, Qədir Hüseynov (2 661) 74-cü sıradan 80-ci pilləyə geriləyib.
Siyahıda ilk “üçlük” də dəyişiklik olub. Norveçli dünya çempionu Maqnus Karlsen (2 856) əvvəlkitək birincidirsə, 2 799 xalı olan çinli Dinq Liren 2-ci pillədəki mövqeyini itirib. 3-cü sıraya geriləyən şahmatçını 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca əvəzləyib. ABŞ-dan olan Fabiano Karuana (2 792) isə 4-cü sıraya enib.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 26-cı, Gülnar Məmmədova (2 3875) 71-ci, Xanım Balacayeva isə (2 376) 83-cüdür.