- Offside
- 22:42 25.11.2024
"Arsenal" və "Liverpul" klublarının sabiq futbolçusu Rey Kennedi dünyasını dəyişib.
Corner.az Mersisayd təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, 71 yaşında vəfat edən veteran yarımmüdafiəçi uzun müddətdir Parkinson xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, 1976 - 1980-ci illərdə İngiltərə millisinin şərəfini qorumuş Kennedi 18 oyunda 3 qol vurub. O, "Liverpul"un heyətində 3 dəfə (1977, 1978, 1981) Avropa Çempionlar Kubokunu, həmçinin UEFA Kuboku (1976) və Superkubokunu (1977) qazanıb