23 oktyabr 2024. Çərşənbə

Yığmamıza yeni baş məşqçi təyin olundu


  • Offside
  • 12:57 02.12.2021
  • Oxunma sayı: 184
Yığmamıza yeni baş məşqçi təyin olundu
Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Mədət Quliyevin Əmri ilə şose velosipedi üzrə yığma komandaya yeni baş məşqçi təyin edilib.

Corner.az xəbər verir ki, bundan sonra milliyə əməkdar məşqçi Asif Həsəno rəhbərlik edəcək.

Bunadək “Neftçi İdman Klubu” İctimai Birliyinin velosiped bölməsinin məşqçisi olan Asif Həsənovu məşqçilər korpusuna AzVİF-in baş katibi Fərhad Əliyev təqdim edib və federasiya prezidentinin məşqçilər korpusu qarşısında qoyduğu əsas hədəfləri onların diqqətinə çatdırıb.

Göstərilən yüksək etimada görə federasiya rəhbərliyinə təşəkkürünü bildirən Asif Həsənov qarşıya qoyulan məqsədlərə çatmaq üçün məşqçilər korpusu ilə birgə bütün qüvvə və bacarığını səfərbər edəcəyini deyib.






Offside