22 mart 2026. Bazar günü

Nərgiz İsmayılovaya növbəti etimad


  • Offside
  • 13:48 04.12.2021
  • Oxunma sayı: 152
Nərgiz İsmayılovaya növbəti etimad
Avropa Voleybol Konfederasiyası  tərəfindən Azərbaycan Voleybol Federasiyası Regional İnkişaf Mərkəzinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının Avrokuboklar Komissiyasının üzvü Nərgiz İsmayılovaya növbəti dəfə etimad göstərilib.

Corner.az xəbər verir ki, İsmayılova dekabrın 8-də Serbiyanın paytaxtı Belqradda qadınlar arasında keçiriləcək CEV Çempionlar Liqasının E qrupunun “ZOK UB” (Serbiya) – “Ximik Polis” (Polşa) klublarının qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.
  
Qeyd edək ki, görüşün hakimləri rusiyalı Yevgeni Makşanov və bolqarıstanlı Konstantin Yovçev olacaq.






Offside