23 oktyabr 2024. Çərşənbə

Azərbaycanın 2 karateçisi Dünya Oyunlarında


  • Offside
  • 14:15 04.12.2021
  • Oxunma sayı: 180
Azərbaycanın 2 karateçisi Dünya Oyunlarında

Azərbaycanın 2 karateçisi gələn il ABŞ-da keçiriləcək XI Dünya Oyunlarına lisenziya qazanıb.

Azərbaycan Milli Karate Federasiyasından "Corner"a verilən məlumata görə, İrina Zaretska (68 kq) və Asiman Qurbanlı (+84 kq) sözügedən yarışda iştirak hüququ əldə edib.

Hər iki idmançı buna Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki dünya çempionatında yer tutmaqla nail olub. Mundialda Zaretska qızıl, Qurbanlı isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, 2022-ci ilin iyulunda ABŞ-da təşkil olunacaq Dünya Oyunlarına digər lisenziyalar reytinq xallarına əsasən veriləcək.







Offside