- Offside
- 22:42 25.11.2024
Azərbaycan Güləş Federasiyasında hesabat-seçki konfransı keçirilib.
Corner.az-ın məlumatına görə, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov federasiya prezidenti seçilib.
Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsi 2018-ci ildə keçmiş vergilər naziri Fazil Məmmədovun istefa verməsindən sonra vakant idi. Qurumun prezident əvəzi funksiyasını Namiq Əliyev yerinə yetirirdi.