Braziliya millisinin sabiq futbolçusu Pele yenidən xəstəxanaya yerləşdirilib. Corner.az xəbər verir ki, hazırda San-Pauludakı özəl klinikada müalicə alan 80 yaşlı əfsanəvi hücumçunun durumu sabitdir.
Onun yaxın günlərdə evə buraxılacağı bildirilib.
Xatırladaq ki, Pele avqustun 30-da da xəstəxanaya yerləşdirilmişdi. Əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilmiş və bir müddət xəstəxanada müalicə aldıqdan sonra evə buraxılmışdı.