26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycan hakimləri Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüb


  • Offside
  • 13:58 09.12.2021
  • Oxunma sayı: 178
Azərbaycan hakimləri Avropa Gimnastikasının fəxri hakimi adına layiq görülüb

Gimnasika növləri üzrə ixtisaslaşmış Azərbaycan hakimləri “Avropa Gimnastikasının fəxri hakimi” adına layiq görülüblər.

Azərbaycan Gimnastika Federasiyasının Mətbuat Xidmətindən "Corner.az"a verilən məlumata görə, həmin ədalət təmsilçiləri arasında bədii gimnastika, kişi idman gimnastikası və tamblinq yarışlarını idarə edənlər yer alıb.

Bunlar bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Texniki Komitəsinin üzvü Natalya Bulanova, kişi idman gimnastikası üzrə beynəlxalq dərəcəli hakim Rza Əliyev və tamblinq üzrə beynəlxalq dərəcəli hakim Adil Hüseynzadədir.

Qeyd edək ki, “Fəxri Hakim” mükafatı ideyasını Avropa Gimnastikası ötən il irəli sürüb. Bu mükafat ən azı üç olimpiya dövrü ərzində Avropa Gimnastikasına aid yarışların uğuruna töhfə vermiş hakimlər üçün nəzərdə tutulub.

Fəxri hakim adına layiq görülmüş bütün şəxslərə diplom və döş nişanı təqdim olunaca







Offside