23 oktyabr 2024. Çərşənbə

Yüksək Liqada ilin son turunun oyunları keçirildi


  • Offside
  • 20:01 09.12.2021
  • Oxunma sayı: 149
Yüksək Liqada ilin son turunun oyunları keçirildi
Bu gün futzal üzrə Yüksək Liqada XI turun oyunları keçirilib. Corner.az xəbər verir ki, “Olimpik Star”da baş tutan turla həm də 2021-ci ilə yekun vurulub.
 
İlk oyunda “Neftçi” Record” üzərində qələbəyə sevinib. İkinci pillədə qərarlaşmış EKOL əsas izləyicilərindən olan “Baku Fire” ilə qarşılaşıb və  qalib ayrılıb.
 
U-19 yığmamız bu turda “Alyans”la üz-üzə gəlib. Autsayderlər sırasında olan Lənkəran təmsilçisi bu oyunda qələbə qazanıb.
 
Tura turnir cədvəlinin əks qütblərində qərarlaşan komandaların dueli ilə yekun vurulub. Lider “Araz” “Xilə” ilə üz-üzə gəlib və 14 qolla məğlub edib.
 
Yüksək Liqa
XI tur
9 dekabr 
 
Neftçi İK – Record 7:1
Qol: Kənan Manafov, 19:48; 30:12. Rüfət Balakişiyev, 33:38; 38:42. Oruc Baxşəlizadə, 34:57. İlkin Hacıyev, 39:21. İlqar Nuruşov, 39:59 - Matin Qahremani, 24:22.
Hakimlər: Hacıəli Ağayev, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Füzuli Nəcəfov.
“Olimpik Star”. Saat 12:00.
 
EKOL – Baku Fire 7:2
Qol: Radik Əhmədov, 1:51. Namiq Məmmədkərimov, 9:31; 30:58; 36:24. Əsgər Abasov, 27:00; 28:51. Emin Kürdov, 38:27 - Renat Sultanov, 30:37. Nihad İsmayılov, 34:33.
Hakimlər: Knyaz Əmiraslanov, Rza Məmmədov, Xəlil Xəlilov.
Hakim-inspektor: Ramiz Əsədov.
“Olimpik Star”. Saat 14:00
 
U-19 – Alyans (Lənkəran) 7:8
Qol:  Xəzər Ağalızadə, 3:15; 37:30. Nurlan Məmmədov, 5:32; 18:33. Məhəmməd Abbasov, 6:30. Namaz İsmayılov, 28:49-öz qapısına. Fuad Məmmədzadə, 35:56 - Oktay Rüstəmli, 6:40; 9:30; 37:48. Anar İsayev, 11:10; 11:54; 32:24. Tofiq Məlikov, 14:40. Seyedhossein Hosseini, 38:23.
Hakimlər: Əli Cəbrayılov, Ziya Nəsirov, Vüsal Balaşov.
Hakim-inspektor: Azər Əsgərov.
“Olimpik Star”. Saat 16:00.
 
Xilə – Araz (Naxçıvan) 2:14
Qol: Tofiq Əliyev, 28:41; 34:00 - Maneka, 1:53; 13:06; 14:17; 33:11; 33:38. Ramiz Çovdarov, 4:23. Murilo, 6:27. Felipinyo, 11:11; 34:37. David Qustavo, 15:06. Nurlan Mehdizadə, 17:40. İsa Atayev, 27:00; 39:55. Rizvan Fərzəliyev, 31:47.
Hakimlər: Hikmət Qafarlı, Xəlil Xəlilov, Nail Nağıyev.
Hakim-inspektor: Murad Məmmədov.
“Olimpik Star”. Saat 18:00.
 
Xal durumu: Araz – 33, EKOL – 27, Neftçi İK – 19, Baku Fire – 18, Alyans – 9, Record – 9, U-19 – 7, Xilə – 6.

 







Offside