26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanı Dünya çempionatında 9 para-taekvondoçu təmsil edəcək


  • Offside
  • 21:27 09.12.2021
  • Oxunma sayı: 204
Azərbaycanı Dünya çempionatında 9 para-taekvondoçu təmsil edəcək

Azərbaycanı Türkiyənin İstanbul şəhərindəki IX Dünya çempionatında təmsil edəcək para-taekvondoçular bəlli olub.

Federasiyadan "Corner.az"a verilən məlumata görə, təlim-məşq toplanışı başa vuran yığma yarışa bir kateqoriya üzrə altı çəki dərəcəsində 9 idmançı ilə yollanıb.

Komandanın baş məşqçisi Fərid Tağızadə və Yaşar Səfərov Avropa çempionatında qadınlardan Aynur Məmmədova (K-40, 65 kiloqramdan yuxarı) və Röyalə Fətəliyevaya (K-40,47 kq), kişilərdən isə Sabir Zeynalov (K-40, 58 kq), Sadiq Həmidov (K-40, 58 kq), Ayaz Hüseynli (K-40, 63 kq), Əlimxan Manafov (K-40, 63 kq), İmamməddin Xəlilov (K-40, 70 kq), Orxan Cəfərov (K-40, 70 kq), Əbülfəz Abuzərliyə (K-40, 80 kq) etimad göstəriblər.

Qeyd edək ki, dekabrın 11-də start götürəcək Avropa çempionatı 2 gün davam edəcək. Azərbaycan millisi dekabrın 13-də vətənə dönəcək.







Offside