23 oktyabr 2024. Çərşənbə

Braziliyalı hücumçu karyerasını başa vurdu


  • Offside
  • 16:12 11.12.2021
  • Oxunma sayı: 131
Braziliyalı hücumçu karyerasını başa vurdu

Braziliya millisinin və "Sevilya"nın sabiq hücumçusu Luis Fabiano karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, bu barədə 41 yaşlı futbolçu şəxsi "İnstagram" hesabında yazıb..

Fabiano səhhətindəki problema görə bu qərarı verdiyini vurğulayıb: "Son 4 il ərzində ən sevdiyim işi davam etdirmək üçün çox əziyyət çəkdim. Uzunmüddətli müalicə, məşq, iki əməliyyat... Amma hələ də bu döyüşdə qalib gəlməmişəm".

Qeyd edək ki, Luis Fabiano son olaraq ölkəsinin "Vasko da Qama" klubunda çıxış edib. Təcrübəli futbolçu, 2005 - 2011-ci illərdə "Sevilya" klubundakı çıxışı ilə məşhurlaşıb. O, Əndəlüs təmsilçisi ilə iki dəfə (2005/2006, 2006/2007) UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb.







Offside