23 oktyabr 2024. Çərşənbə

Emrelinin komandası hücuma məruz qalıb


  • Offside
  • 10:59 13.12.2021
  • Oxunma sayı: 152
Emrelinin komandası hücuma məruz qalıb

Polşanın "Legiya" klubunun azarkeşləri Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları Ekstraklasanın 18-ci tur oyunundan sonra futbolçulara hücum edib.

Corner.az "Interia" nəşrinə istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya doğru gediblər.

Onlardan bir neçəsi avtobusa daxil olaraq dava yaradıb. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Xəsarət alan futbolçuların adı açıqlanmayıb.

Dərhal hadisə yerinə polis gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması məlumatı təsdiqini tapmayıb. Nəşrin iddiasına görə, bu görüşdən sonra baş məşqçi Marek Qolebiyevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyi vurğulanıb.

Qeyd edək ki, "Legiya"da Azərbaycan millisinin futbolçusu Mahir Emreli də çıxış edir. O, "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.







Offside