23 oktyabr 2024. Çərşənbə

Emreli uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib


  • Offside
  • 11:08 13.12.2021
  • Oxunma sayı: 131
Emreli uğursuz nəticələrə görə azarkeşlərdən üzr istəyib

"Hazırda nəsə demək çətindir. Həm klub tarixində, həm də çoxumuzun karyerasında ilk dəfədir ki, belə hal yaşanır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları oyundan sonra turnir cədvəlinin sonuncu pilləsinə düşmələrinə münasibət bildirərkən deyib.

“İndi nəsə demək çətindir. Bu, “Legiya” tarixində bir ilkdir. Həddindən artıq çox oyun uduzduq. Daha əvvəl belə bir seriyanın olduğunu xatırlamıram.Döyüşdük, amma xeyri olmadı. Səbəbinin nə olduğunu bilmirəm. Kimsə desə ki, biz döyüşmürük, bu fikirlə razı deyiləm. Top iki metrdən qapıya girmir. Daha nə deyəcəyimi bilmirəm. Ancaq üzr istəyə bilərəm. Bu vəziyyətdə üzr istəmək də bir məna kəsb eləmir.
 

İlin sonuna kimi iki oyunumuz var, diqqətimizi cəmləyib qələbə qazanmalıyıq. Hər kəsdən bir daha üzr istəyirəm”.


Qeyd edək ki, Mahir Emreli "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.







Offside