23 oktyabr 2024. Çərşənbə

Yığmamızın oyunlarının təqvimi açıqlandı


  • Offside
  • 11:08 14.12.2021
  • Oxunma sayı: 130
Yığmamızın oyunlarının təqvimi açıqlandı

Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında qrup mərhələsinin ilkin təqvimi açıqlanıb. Corner.az xəbər verir ki, Azərbaycan yığmasının oyunlarının da vaxtı bəlli olub.

Millimiz 2022-ci ildə keçiriləcək turnirə mayın 25-də başlayacaq. C qrupunda yığmamızın ilk rəqibi Macarıstan olacaq.

Qrup qalibi “Dördlər finalı”na yüksələcək. Həlledici raundun ev sahibi olacaq Ukrayna 1-ci yeri tutsa, ikinci pillədə qərarlaşan komanda medallar uğrunda mübarizə aparacaq.

25 may
Azərbaycan - Macarıstan

28-29 may
Ukrayna – Azərbaycan

1 iyun
Azərbaycan - Rumıniya

4-5 iyun
Rumıniya – Azərbaycan

8 iyun
Azərbaycan – Ukrayna
11-12 iyun
Macarıstan – Azərbaycan







Offside