26 noyabr 2024. Çərşənbə axşamı

Azərbaycanın FIFA referisi karyerasını başa vurdu


  • Offside
  • 15:31 15.12.2021
  • Oxunma sayı: 141
Azərbaycanın FIFA referisi karyerasını başa vurdu

Azərbaycanın FIFA referilərinin sayı azalıb.

Corner.az-ın məlumatına görə, 2022-ci ildə ölkəni təmsil edəcək əsas hakimlərin sayı 3-ə endirilib.

Yuliya Qurbanovanın adı növbəti il üçün tərtib olunmuş siyahıdan çıxarılıb.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdullanın verdiyi məlumata görə, Qurbanova karyerasını başa vurub.

2022-ci ildə Azərbaycanı beynəlxalq arenada FIFA referisi kimi Əliyar Ağayev, Rauf Cabarov və Elçin Məsiyev təmsil edəcək.(report)







Offside