23 oktyabr 2024. Çərşənbə

Baş məşqçinin tapşırığından çox şey asılıdır


  • Offside
  • 14:16 16.12.2021
  • Oxunma sayı: 135
Baş məşqçinin tapşırığından çox şey asılıdır
Bu gün futzal üzrə Azərbaycan millisinin KİV üçün açıq məşqçi keçirilib. Corner.az xəbər verir ki, məşqdən əvvəl komandanın kapitanı Rizvan Fərzəliyev jurnalistlərin suallarını cavablandırıb:

“Hazırlığa dekabrın 12-dən başlamışıq. Dünən və bu gün isə gündə 2 dəfə məşq keçirik. Məşqlərdə fiziki hazırlığa yox, taktiki çalışmalara daha çox yer verilir.Çünki yanvarda da toplanışımız və yoldaşlıq oyunumuz olacaq. Həmin hazırlıq prosesində bu matçlarda ortaya çıxacaq səhvlər üzərində işləyəcəyik. Adından da göründüyü kimi, Ukrayna ilə oyunlarımız yoxlama xarakteri daşıyacaq. Lakin reytinq əmsallarına xallar əlavə etmək baxımından qələbə qazanmaq lazımdır. Baş məşqçinin tapşırıqlarından da çox şey asılıdır. Elə etməliyik ki, Avropa çempionatının final mərhələsinə tam hazır yollanaq.Həmin vaxt final mərhələsinin ¼ final matçı idi. Əsas və əlavə vaxt heç-heçə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşdi. Sonrakı illərdə isə həm rəsmi oyunlarda, həm də turnirlərdə üz-üzə gəldik. Ümumiləşdirsək, bizim üçün uğurlu rəqib deyil. Çox qaçan komandadır. Biz isə texnikalı oyuna üstünlük veririk. Ona görə də oyun çətin keçəcək".







Offside