UEFA Çempionlar Liqasının “Dördlər finalı”nın keçiriləcəyi məkana aydınlıq gətirilib. Corner.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin qərarı ilə 2021/2022-ci il mövsümünün qalibi Latviyanın paytaxtı Riqada müəyyənləşəcək.
“Riqa Arena”da yarımfinal oyunları aprelin 28-də və ya 29-da, üçüncü yer və final matçı isə aprelin 30-da və ya mayın 1-də keçiriləcək.
Bu arenada 2019-cu ildə 19 yaşadək futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsi təşkil olunub.