23 oktyabr 2024. Çərşənbə

Azərbaycan millisinə rəhbərlik etmək istəyirəm


  • Offside
  • 17:52 17.12.2021
  • Oxunma sayı: 120
Azərbaycan millisinə rəhbərlik etmək istəyirəm

"Milli Olimpiya Komitəsinin İcrayyə Komitəsinə üzv seçildiyim üçün ölkə başçısına təşəkkür edirəm. Bu, Azərbaycan Voleybol Federasiyasına böyük önəm, hörmət deməkdir. 2 illik pandemiya, klubların bağlanması bizim reytinqimizi bir az aşağı saldı. Amma Azərbaycan voleybol çox sevilir, populyardır".

Corner.az-ın məlumatına görə, bu fikirləri Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev Super Liqa və Yüksək Liqada 2021/2022 mövsümünün açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

"Bu komanda Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. "Azerreyl" bir markadır. Cavid Qurbanovla bu məsələni müzakirə etdik. Komandanın bünövrəsi qurulur. Klubun avrokuboklarda oynamasını istəyirik.Hələ gəncəm, gücüm var. İşləmək istəyirəm. Milli komandaya rəhbərlik etmək istəyirəm. Yanımdakı məşqçilərlə birlikdə sistem şəklində çalışmaq niyyətindəyəm. Amma mənim yerim zaldır. İnanıram ki, var gücümüzü ortaya qoyub, Azərbaycan voleybolunu yüksəklərə qaldıracağıq.Tələbimiz odur ki, komandalar gündə 4-5 saat məşq etsinlər. Amma bunun üçün onlara zallar lazımdır. Komandalara istənilən şərait yaradılmalıdır. Federasiya hazırda bu plan üzərində işləyir.Plana əsasən, gələn il çempionatlarda 8 kişi və 8 qadın komandası görmək istəyirik. Bağlanmış klubların yenidən fəaliyyətə başlamasını istəyirik. Görürsünüz, nə qədər potensiallı uşaqlar var. Cəlilabaddan 1,95 - 1,96 mm boyunda 5 oyunçu gətirmişik. Məndə olan məlumata görə, Şəkidə boyu 2 metrdən yüksək olan 3 voleybolçu var. Onlar təcili Bakıya gəlməlidir. Həmin voleybolçulara şərait yaratmalıyıq. Federasiya bu məsələlərlə məşğuldur. Gələn il bir qadın və bir kişi komandasını avrokuboklarda görmək istəyirik".

Vitse-prezident inventar cəhətdən heç bir problemin olmadığını qeyd edib: "Murov" klubunun Biləcəridəki idman zalı təmir olunub. Federasiyadakı zalı görmüsünüz. “Sərhədçi” klubunun rəhbərliyi ilə geniş formatda görüş keçirilib. Onlar da bizə hər şəraiti yaradır. Bu gün 4 zal azərbaycanlı voleybolçuların məşqləri üçün hazırdır".







Offside