22 mart 2026. Bazar günü

Mahir Emreli ilin son oyununu da buraxacaq


  • Offside
  • 17:54 17.12.2021
  • Oxunma sayı: 168
Mahir Emreli ilin son oyununu da buraxacaq
Polşanın “Legiya” komandası Ekstraklasanın 19-cu turunda “Radomiak Radom”la qarşılaşacaq. Corner.az “legia.net” saytına istinadən xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli ilin son matçını buraxacaq.
 
Plotsk “Visla”sı ilə matçdan sonra azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan 24 yaşlı futbolçu hələ də komanda ilə məşqlərə qoşulmayıb. Azərbaycanlı hücumçu ilə yanaşı, Lukinyas da “Radomiak Radom”la matçda komandasına kömək edə bilməyəcək.
 
“Legiya” – “Radomiak Radom” matçı dekabrın 19-da keçiriləcək.






Offside