23 oktyabr 2024. Çərşənbə

CAS Nurlan İbrahimovla bağlı qərarını gələn il verəcək


  • Offside
  • 21:12 17.12.2021
  • Oxunma sayı: 139
CAS Nurlan İbrahimovla bağlı qərarını gələn il verəcək
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun UEFA-ya qarşı şikayət ərizəsi ilə bağlı qərarını dekabrın 22-də açıqlamalı idi. Corner.az xəbər verir ki, sözügedən qurum bu qərarın açıqlanma tarixini yenidən dəyişib.
 
Bu barədə Nurlan İbrahimov sosial şəbəkə hesabında yazıb. O, qərarın dekabrın 22-də yox, yanvarın 27-də açıqlanacağını vurğulayıb.
 
Xatırladaq ki, Nurlan İbrahimov 44 günlük müharibə zamanı “Facebook” hesabında ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb. Lakin o, bu qərardan CAS-a şikayət edib.






Offside