23 oktyabr 2024. Çərşənbə

İtaliya millisinin sabiq üzvünə silahlı hücum


  • Offside
  • 00:22 18.12.2021
  • Oxunma sayı: 163
İtaliya millisinin sabiq üzvünə silahlı hücum

 "Udineze"nin sabiq futbolçusu Antonio Di Natale xoşagəlməz hadisə ilə üzləşib.

Corner.az xarici mətbuata istinadən xəbər verir ki, 44 yaşlı keçmiş futbolçu evinin yaxınlığında naməlum şəxslərin hücumuna məruz qalıb.

Bıçaq və tapança ilə silahlanmış 5 nəfərdən ibarət mütəşəkkil dəstə italiyalı hücumçunu qarət edib və qolunda olan 30 000 avro dəyərindəki saatı da götürüblər.

Hadisə yerinə polis gəlib. Cinayətkarların tapılması istiqamətində araşdırma aparıldığı bildirilib.

Qeyd edək ki, Antonio Di Natale hazırda ölkəsinin "Karrareze" klubunun baş məşqçisidir. Komanda C Seriyasında mübarizə aparır.







Offside