23 oktyabr 2024. Çərşənbə

Azərbaycandan daha çox biz topa nəzarət edirdik


  • Offside
  • 21:42 18.12.2021
  • Oxunma sayı: 126
Azərbaycandan daha çox biz topa nəzarət edirdik
Futzal üzrə Ukrayna milli komandasının baş məşqçisi Aleksandr Kosenko Azərbaycan yığmasına qarşı keçirdikləri yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Corner.az xəbər verir ki, o, Bakıda 4:0 hesablı qələbəyə sevindikləri matçdan sonra bunları söyləyib:
 
“Maraqlı, baxımlı oyun alındı. Hər iki komanda mübarizə apardı. Komandamdan razı qaldım. Topa biz daha çox nəzarət edirdik. Əlbəttə, səhvlərimiz də oldu. İndi onları analiz edəcəyik və Avropa çempionatına qədər düzəltməyə çalışacağıq. Oyunun əvvəli bir qədər gərgin keçdi. Halbuki bu, tərəflərdən heç birinə lazım deyildi. Çünki hər iki kollektivi cəmi bir aydan sonra daha vacib turnir gözləyir”.






Offside