26 noyabr 2024. Çərşənbə axşamı

Rafael Nadal koronavirusa yoluxdu


  • Offside
  • 16:37 20.12.2021
  • Oxunma sayı: 132
Rafael Nadal koronavirusa yoluxdu

İspaniyalı məşhur tennisçi Rafael Nadal koronavirusa yoluxub.

Corner.az xəbər verir ki, 35 yaşlı idmançının analiz nəticəsi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidəki açıq çempionatdan ölkəsinə qayıtdıqdan sonra müsbət çıxıb.

Karantinə alınan təcrübəli tennisçinin 2022-ci il 17 - 30 yanvarda Melburn şəhərində start götürəcək "Australian Open"də iştirakı sual altına düşüb.

Qeyd edək ki, hazırda dünya sıralamasında 5-ci olan Rafael Nadal Böyük Dəbilqə seriyalı turnirlərin 20 dəfə qalibi olub.







Offside