26 noyabr 2024. Çərşənbə axşamı

Mahir Emreli ardıcıl 3-cü dəfə ayın ən zəif futbolçusu seçildi


  • Offside
  • 20:13 22.12.2021
  • Oxunma sayı: 182
Mahir Emreli ardıcıl 3-cü dəfə ayın ən zəif futbolçusu seçildi
Polşanın “Legiya” klubunda dekabr ayının ən yaxşı və ən zəif futbolçusu bəlli olub. Corner.az “Legionisci” nəşrinə istinadən xəbər verir ki, azərbaycanlı hücumçu Mahir Emreli ayın ən zəif oyunçusu seçilib. O, -4 xalla ən zəif futbolçu olub.
 
“Legiya”da dekabrın ən yaxşı futbolçusu isə 3 xalla Jozue olub.
 
Mahir Emreli oktyabr və noyabr ayında da ən zəif futbolçu seçilmişdi.
 
Emreli “Legiya” ilə bu mövsüm 33 oyunda 11 qol vurub. 24 yaşlı hücumçu Varşava təmsilçisində çıxdığı son 6 matçda qol vura bilməyib.
 
Mahir “Legiya”da mövsümün ilk dövrəsinin ən məhsuldar oyunçusudur.






Offside